Avtobusla sement daşıyan maşın toqquşdu - 41 ölü

6 Fevral 2016 21:33 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, avtobusla sement daşıyan maşının toqquşmasında 41 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb. Qəzada yaralananların bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayı arta bilər.

Qəza anında avtobusda 45 nəfərin olduğu bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.