Cüdoçumuz “Böyük dəbilqə” turnirində gümüş medal qazandı

6 Fevral 2016 22:01 (UTC+04:00)

Yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə başlayan millimiz aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyevin çıxışı uğurlu alınıb. Cüdoçumuz 1/4 finala gedən yolda qırğızıstanlı Argen Bakıtbek, perulu Juan Postiqos və tatami sahibi Vinsent Limare üzərində qələbə qazanıb. 1/4 finalda Koreya təmsilçisi Von Jin Kimi məğlub edən Mükiyev, yarımfinalda Özbəkistan cüdoçusu Şarafuddin Lütfillaevə də qalib gələrək adını finala yazdırıb. Lakin finalda Yaponiya təmsilçisi Toru Şişimeyə məğlub olan İlqar Müşkiyev "Böyük dəbilqə"nin gümüş medalını qazanıb.

Digər cüdoçularımız - Orxan Səfərov ( 60 kq), Hidayət Heydərov və Tərlan Kərimov (hər ikisi 66 kq) mübarizəni erkən dayandırıblar.