“Artıq boksda heç nə istəmirəm“ - Fariz Məmmədov

6 Fevral 2016 23:48 (UTC+04:00)

AzNews.az-ın Report-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğunu əldə edən Fariz Məmmədov deyib.

O, bildirib ki, artıq işini Azərbaycan Həvəskar Boks Federasiyasında davam etdirəcək. Fariz Məmmədovun sözlərinə görə, əgər ölkəmizdə Peşəkar Boks Federasiyası açılarsa, bu sahədə çox gözəl potensial mövcuddur. Çünkü Azərbaycanda çox perspektivli gənclər var.

Döyüşlə bağlı təəsuratlarını bölüşən boksçu deyib: "Səhflərə də yol verdim. Boş zərbələr aldım. Əvvəlcə taktikanı düz qurmadım. Altıncı raundda toparlandım. Mən bilirdim ki rəqib 8-ci raundda döyüşə bilməyəcək. Amma çox təcrübəli boksçuydu".