Azərbaycanlı Fransanın “O səs”ini fəth etdi – VİDEO

7 Fevral 2016 12:15 (UTC+04:00)
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz Özara adlı həmyerlimiz ifası ilə jüri heyətini özünə tərəf döndərə bilib.

Səhnəyə Azərbaycan xalqının milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın "Wicked" kompozisiyasını ifa edib.

Bütün jüri və tamaşaçıları səsinə heyran edən Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır.

Həmvətənimizin Fransanın "The Voice" şousunda çıxışını təqdim edirik.