7 otaqlı ev əşyalarla bərabər yanaraq külə döndü - Bərdədə

7 Fevral 2016 13:18 (UTC+04:00)

Hadisə rayonun Əyricə kəndində baş verib. Kənd sakini Telman Hüseynova məxsus ümumi sahəsi 460 kv metr birmertebeli yaşayış evi yanıb.

Ev sahibinin AzNews.az-a verdiyi məlumata görə 7 otaqlı ev əşyalarla bərabər yanaraq külə dönüb və ailə üzvlərinə heç bir xəsarət dəyməyib.

Hadisə yerinə Bərdə rayon Fövqaladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarə etmə mərkəzinin dəstəsi və yanğınsöndürənləri cəlb olunub. Aidiyyəti orqanlar hadisənin nədən baş verdiyini və evə dəymiş ziyanı araşdırırlar.