Biznes qurmaq üçün 150 min pul verdi amma...

7 Fevral 2016 18:53 (UTC+04:00)

AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən 1975-ci il təvəllüdlü Babayev Şəmsi Fikrət oğlu bildirib ki, 2007-ci ilin 15 yanvar tarixində Elgiz və Mehdi adlı tanışlarına Rusiya Federasiyasından taxta gətirmək üçün 150 min dollar verib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib.

Ş.Babayev pulunun geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib.

Araşdırma aparılır.