Bakıda mağaza yandı

8 Fevral 2016 09:03 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.