Neftçala rayonunda ev yandı

8 Fevral 2016 09:38 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Neftçala rayonu, Xəzər kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və ev əşyaları 184 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.