Yol polisindən nazirə şikayət - Foto

8 Fevral 2016 11:55 (UTC+04:00)
AzNews.az xəbər verir ki, şikayət məktubunda Vasif Ələsgərovun sürücülərdən xərac yığması, buna etiraz edildikdə maşınların cərimə meydançasına aparılması və onların təhqir olunmaları barədə iddia yer alıb. Bildirilir ki, bölmə çavuşu bu vəzifəyə rüşvətlə gəldiyini, buna görə də qorxusu olmadığını açıq şəkildə ifadə edir.

Məktubda qeyd olunub ki, Vasif Ələsgərov əvvəllər Nəqliyyat Departamentində işləyib və rüşvət aldığına görə bu qurumdan xaric edilib. İndi də bu özbaşınalığını davam etdirir, qanunları pozmaqla yanaşı polisə yaraşmayan həyat tərzi keçirir, hətta iş saatlarında da eyş-işrətlə məşğul olur.

Şikayətçilər məktubunda daxili işlər naziri Ramil Usubovdan bölmə çavuşunun işinin araşdırılması və müvafiq tədbir görülməsini xahiş ediblər.

Məsələ barədə əlavə məlumat verəcəyik.