ABŞ səfirliyinin mühafizə xidmətinin əməkdaşı Bakıda qəza törətdi

8 Fevral 2016 13:54 (UTC+04:00)

Hadisə Azadlıq prospekti 90 ünvanının qarşısında baş verib.

Nefçala rayon sakini Əli Abdinovun idarə etdiyi ABŞ səfirliyinin mühafizə xidmətinə məxsus "Mitsubishi-Pajero" markalı avtomobillə Çingiz Nağıyevin idarə etdiyi "Hundai Sonata" markalı avtomobil toqquşub. Qəza zamanı ciddi xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Report.az