Naxçıvanda silah-sursat tapıldı

8 Fevral 2016 14:01 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Naxçıvan şəhər sakini Ramil Kəngərli tapdığı nömrəsi silinən "Makarov" markalı tapançanı, 1 ədəd nömrəsi silinən "Desert Falkon" markalı qaz tapançasını, 1 ədəd nömrəsi silinən "İJ SPL-01" markalı idman tapançasını, 1 ədəd "F-1" qumbarasını, 5 ədəd patron darağını və 1124 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Naxçıvan ŞPİ-yə təhvil verib.