96 baş qoyun oğurlayan şəxslər tutuldu

8 Fevral 2016 15:42 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Bərdə rayon sakini Famil Musayevin həyətindən 96 baş qoyun oğurlayan həmyerliləri Sərvər Nəcəfov və Elşən Hidayətzadə tutulub, digər 1 nəfər isə müəyyən edilib.