Mağazadan tərəzi oğurlayan şəxslər tutuldu

8 Fevral 2016 16:04 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da İlqar Babayevə məxsus mağazadan tərəzi və posterminal oğurlayan şəhər sakinləri Fateh Muradov, Yusif Əhmədov, Samir İsmiyev və Kamran Abdullayev tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların daha 3 mağazadan oğurluq etmələri, habelə K.Abdullayevin noutbukunu oğurlamaları da müəyyən edilib.