Aptekdən və şirniyyat evindən oğurluq edən şəxslər yaxalandı

8 Fevral 2016 17:14 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 28-də Aynurə Zeynalovaya məxsus gözəllik salonundan oğurluq edən Gəncə şəhər sakini Nikolay Miroşiçenko və Ağdaş rayon sakini, əvvəllər məhkum olunan Şahmurad Xudaverdiyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların yanvarın 16-da daha bir aptekdən və şirniyyat evindən oğurluq etmələri də müəyyən edilib.