Oğru dəstəsi yaxalandı

8 Fevral 2016 17:28 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Bərdə və Tərtər rayonlarından mal-qara oğurlayan 4 nəfərdən ibarət dəstəni saxlayıb. Dəstə iştirakçılarından 1994-cü il təvəllüdlü Tural Salahov, 1990-cı il təvəllüdlü Fəqan Almasov, 1997-ci il təvəllüdlü Samir Almasov və 1994-cü il təvəllüdlü Mürsəl Əlvəndov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Cinayət məsuliyyətinə cəlb olunan dəstə üzvləri indiyə kimi 10 baş heyvan oğurladığını etiraf ediblər.

Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onların digər cinayət əməlində iştiraklarının olub olmadığını araşdırır.