Huseyn Bağırov Daşkəsəndə - Fotolar

8 Fevral 2016 18:16 (UTC+04:00)


AzNews.az xəbər verir ki, tədbirdə icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Daşkəsən rayonundan seçilmiş millət vəkili Rövşən Rzayev də iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. O, bildirib ki, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində respublikada, o cümlədən Daşkəsəndə müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb. O, qeyd edib ki, Daşkəsən rayonunda geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar və qaz xətləri çəkilir, körpülər inşa olunur.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov çıxış edərək bildirib ki, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır. Nazir ölkədəki bugünkü iqtisadi durumla bağlı müəyyən çətinliklə müşaiyət edilən vəziyyətin daxili proseslər deyil, böyük dövlətlərin xarici təsiri nəticəsində yarandığını qeyd edib. 1990-cı illərdəki Azərbaycanla bugünkü ölkəmizi geniş müqayisə edən H.Bağırov bildirib ki, bu gün azərbaycanlıların imici çox yüksək səviyyədədir və Azərbaycan özünə əmin olan, müstəqil, ayaq üstdə duran dövlətdir. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü daxili siyasət nəticəsində artıq 10 ilə yaxındır ki, neftdən asılılıq ən aşağı həddədir. Ötən illərdə qeyri neft sektorunun inkşafı bu gün ölkəmizdə sosial layihələri davam etdirməyə imkan verir. Nazir, həmçinin Daşkəsəndə həyata keçirilən tikinti-quruculuq işlərini, sosial layihələri yüksək qiymətləndirib, eyni zamanda yeni iş yerlərinin açılması məqsədilə Daşkəsən rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı Nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.

Görüşdə iştirak edən millət vəkili Rövşən Rzayev xarici dövlətlərin ölkəmizdə təxribat yönümlü hərəkətlərinin xalqımız tərəfindən hamılıqla pisləndiyini qeyd edib.

İctimaiyyətlə görüşdə rayon sakinlərinin təklif və müraciətləri də dinlənilib.