AFFA-ya prezident seçkilərinin - Tarixi

8 Fevral 2016 18:30 (UTC+04:00)


AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir martın 11-də "Hilton" otelində təşkil olunacaq.

Saat 10:00-da başlayacaq konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq 11 məsələ daxil edilib:

- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- AFFA prezidentinin seçilməsi
- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər.