Rabitə işçisi dirəkdən yıxılaraq öldü - Həyat yoldaşı komada

8 Fevral 2016 19:55 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Qusar Rayon Rabitə və Telekommunikasiya Qovşağında rabitə mantyoru işləyən 1956-ci il təvəllüdlü Zeybulla Həbib oğlu Mahmudov Qusarın Ləyər kəndində rabitə dirəyindən yıxılıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rabitə dirəyindən yıxılan Z.Mahmudov daxili qanaxma ilə xəstəxanaya çatdırılıb. Ancaq vəziyyəti ağır olduğundan, paytaxt xəstəxanasına göndərilib. Lakin Bakıda onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Z.Mahmudovun həyat yoldaşı komaya düşüb və Qusar RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.