Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

8 Fevral 2016 20:18 (UTC+04:00)

Federasiyadan AzNews.az-a verilən məlumata görə, yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Çempionatda şəhər və rayonların yığma komandaları iştirak edirlər.

Yarışa fevralın 12-də yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.