Türkiyədə məktəb avtobusu yük maşını ilə toqquşdu - 7 ölü, 16 yaralı

8 Fevral 2016 21:30 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Kulp-Lice yolunda şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

Hadisə nəticəsində, məktəblilər daxil olmaqla 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha 16-nın müalicəsi davam edir.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.