Rusiyada hərbi helikopterin qəzaya uğradı - 4 ölü
8 Fevral 2016 22:31 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, insident Ostrovsk rayonunda qeydə alınıb.
Naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb. Hadisə yerində 4 nəfərin meyiti aşkar edilib.
Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik, məlumat verilmir.