“Avropa ölkələrinin öz iradələri yoxdur...” - Xamenei

8 Fevral 2016 23:27 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Əli Xamenei bu barədə Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüş zamanı deyib.

"Bu tənqid, ABŞ-ın təsiri altında olan və öz iradələrini itirən Avropaya aiddir", - o deyib. Dini liderin sözlərinə görə, avropalı siyasətçilərin bu "zəif nöqtəyə" diqqət yetirməlidirlər.

Xamenei həmçinin Suriyadakı vəziyyəti şərh edib. O qeyd edib ki, terrorçuluq "çox təhlükəli və yoluxucu xəstəlikdir" və "bu xəstəliyə" yalnız birlikdə qalib gəlmək olar.