Azərbaycanda məktəbli döyüldü

9 Fevral 2016 09:12 (UTC+04:00)

Göygöl rayon sakini, 2000-ci il təvəllüdlü Sahib İsmayılov bədənin müxtəlif nahiyələrinin və üz nahiyəsinin xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. S. İsmayılov bildirib ki, o, oxuduğu məktəbin yaxınlığında parkda döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az