Mikroavtobusla piyadanı vurub qaçdı

9 Fevral 2016 11:26 (UTC+04:00)

Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Mövsümov Fərid Sahib oğlu idarə etdiyi 66-BG-284 dövlət nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu ilə yolu keçən piyadanı, Mingəçevir sakini 1959-cu il təvəllüdlü Həsənova Nuriyə Ağa qızını vurub.

Hadisəni törədən sürücü hadisə yerindən qaçsa da, Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılıb. Nuriyə Həsənova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

APA.az