“VAZ-2101” markalı avtomobillə piyadanı vurdu

9 Fevral 2016 12:29 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 1-də Lənkəran rayonununda qəsəbə sakini Samir Vəliyev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə yolu keçən rayon sakini Arzuman Muradovu vurub. Xəstəxanaya yerləşdirilən A.Muradov fevralın 8-də orada ölüb.

Araşdırma aparılır.