Avtomobil aşdı - Sərnişin öldü

9 Fevral 2016 12:41 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 8-də saat 08 radələrində Quba rayonunun Nügədi Qazmalar kəndində, Sumqayıt şəhər sakini Arzuman Ağayev idarə etdiyi "Ford" markalı avtomobili aşırıb. Nəticədə A.Ağayevin sərnişini, qardaşı Anar hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.