Ərəblərin kanalda boğulması ilə bağlı – Rəsmi açıqlama

9 Fevral 2016 13:12 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də saat 20.00 radələrində İmişli rayonunun Xəlfəli kəndində Qətər vətəndaşı Salim Ali Said Əlməri icarəyə götürdüyü "Toyota" markalı avtomobili idarə edərkən körpüdən kanala aşırıb. Nəticədə S.Əlməri və sərnişinlərindən - Səudiyyə Ərəbistanı vətəndaşı Melşari Zaid Əl Subeyd suda boğularaq ölüb, digər sərnişini, həmyerlisi Əbdüləziz Əl Kabiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.