“OPEL” markalı avtomobil yandı

9 Fevral 2016 14:37 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda vətəndaşa məxsus "OPEL" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.