Mağazadan ödəmə terminalını oğurladılar

9 Fevral 2016 15:34 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılan "Milli Ön" ödəmə terminalını oğurlayan Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.