Mübariz Mənsimovun tankerində zəhərlənmə - Ölən var

9 Fevral 2016 18:01 (UTC+04:00)

Daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib.

Hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə "Palmali Shipping" şirkətinə məxsus, Rusiya bayrağı altında üzən "Araz River" tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin baş verənlərdən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.

Virtualaz.org