SOCAR-dan Səngəçal sakinlərinə - Xəbərdarlıq

9 Fevral 2016 18:20 (UTC+04:00)


AzNews.az SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Səngəçal" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.