Rusiyada fabrikdə yanğın - 12 miqrant öldü + VİDEO

9 Fevral 2016 19:25 (UTC+04:00)

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Stromınka adlı ərazidə baş verib.

Məlumatda ölənlərin Qırğızıstan və Özbəkistan vətəndaşları olduğu bildirilir. Onlar fabrikdə həm işləyib, həm də qalırmışlar. Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb. İlkin məlumatlara görə, tikiş fabriki qəsdən yandırılıb.