Neftin qiymətinin düşməsi - 250 min neftçini işsiz qoyacaq

9 Fevral 2016 19:58 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın PDVSA şirkətinin strategiya üzrə direktoru Serhio Antonio Tovar bəyan edib.

Onun sözlərinə görə, aşağı qiymətlər sahəyə əsaslı qoyuluşların azalmasına və işçilərin ixtisarına gətirib çıxarır: "Neft sahəsində çalışan 250 min və ya daha çox insan işini itirəcək".

S.Tovar hesab edir ki, neftin aşağı qiymətlər dövrü çox davam etməyəcək və qara qızıla tələb-təklif balansının bərpasından sonra başa çatacaq.