Ərdoğan təcili toplantı çağırdı

9 Fevral 2016 20:09 (UTC+04:00)

Bu barədə AzNews.az Report-a istinadən xəbər verir.

Toplantıda Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, daxili işlər naziri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Toplantı əvvəlcədən prezidentin gündəlik iş qrafikinə daxil edilməmişdi. Bu səbəbdən baş nazir Əhməd Davudoğlu Niderlanda səfərini təxirə salmalı olub.