Türkiyə daha 2 şəhid verdi

9 Fevral 2016 21:23 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyənin Şırnak əyalətinin Cizrə rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər və 1 polis şəhid olub.

Qeyd edək ki, bundan əvvəl Şırnak vilayətinin Uludərə rayonunda dövlət məmurlarını daşıyan avtomobilin partladılması nəticəsində Uludərə Dövlət Xəstəxanasının 2 vəzifəli şəxsi ölüb, 1 nəfər isə xəsarət alıb.