Doğuş zamanı daha bir ana öldü - FOTO

9 Fevral 2016 21:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, xəstənin yaxınlarının APA-ya verdiyi xəbərə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar.

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.