Hansı hallarda avtomobillərə dəyişikliklər etmək olar? - Video

9 Fevral 2016 22:59 (UTC+04:00)

AzNews.az-ın xəzər xəbər-ə istinadən məlumatına görə, bəzi sürücülər də avtomobili fərqli görünsün deyə maşının üzərində müxtəlif dəyşikliklər edirlər. 2012-ci ildə istehsal edilən avtomobilə sonradan 2014-cü il istehsalı olan avtomobilin bamperləri taxılıb. Yeni bamperlər avtomobildə kifayət qədər görüntü dəyşikliyinə səbəb olub.

Ancaq belə sürücülər aşkar olunduqda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq avtomobilin konstruksiyasına əlavə və dəyşiklik etdikləri üçün cərimələnirlər

Ekspertlər isə bildirirlər ki, avtomobillərdə edilən bu cür dəyşikliklər heç də həmişə konstuksiya dəyşikliyi sayılmamalıdır. Əsas odur ki, sürücülər aksessuar dəyşikliyi edərkən servis mərkəzlərindən bunun təhlükəsiz olması barədə zəmanət kağızı alsın.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev də bəzi dəyşikliklərin qanun çərçivəsində aparıla biləcəyini deyir.

Kamran Əliyev əlavə etdi ki, sürücülər bu tələblərə əməl etməsə onları 150 manat cərimə gözləyir.