Bakıda ev yandı

10 Fevral 2016 09:02 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 2 otaqdan ibarət ofisin 1 otağının döşəməsi 0,5 kv.m sahədə yanıb. Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.