Türkiyə Məclisində Xocalının soyqırımı kimi tanınması təklif olunacaq

10 Fevral 2016 09:17 (UTC+04:00)

Millət vəkilləri hesab edir ki, Türkiyə dövləti Ermənistanın yalançı siyasətinə qarşı Xocalı soyqırımını tanımalı, dünyaya çatdırmaqda yardımçı olmalıdır.

Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi ilə bağlı müzakirələr əslində hər il aparılır. Amma hakim Ədalət və İnkişaf Partiyası (AKP) soyqırımının qanunverici orqan tərfindən tanınmamasını ermeni lobbisnin bundan Turkiyeye qarşı arqument kimi istifadə edəcəyi ilə əsaslandırır.



"Bəli Xocalı hadisələri bir qətliamdır. Xocalının soyqırımı və ya faciə olması barədə qərarı Türkiyə Böyük Millət Məclisi verməməlidir. Bu barədə qərarı tarixçilər verməlidir." – deyə AKP millət vəkili Necdet Ünüvar bildirib.

Ankara Xocalı soyqırımı ilə əlaqədar parlament səviyyəsində hələ həlledici addım ata bilməsə də hadisenin ildönümü ile bağlı Türkiyənin müxtəlif yerlərində hər il sərgilər, mitinq və yürüşlər kecirilir. Ən böyük yürüş isə 2012-ci ildə soyqırımının 20 iliyi munasibətilə Taksimdə keçirilib. Həmin vaxt minlərlə insanın qatıldığı yürüş erməni lobbisnin böyük narahatlığına səbəb olmuşudu.

Xocalı soyqırımının 24-cü ildonumu ile bağlı Türkiyənin müxtəlif şəhərlərində bu il də anım tədbirlərinin keçiriləcəyi istisna edilmir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə şəhərdə yanğınlar baş verib və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2 500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla ümumilikdə 613 nəfər dünyasını dəyişib, 8 ailə tamamilə məhv edilib. Həmçinin 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

76 nəfəri uşaqlar olmaqla 487 nəfər yaralanıb, 1 275 nəfər əsir götürülüb, 150 nəfər İtkin düşüb. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulub.

anspress.com