Məktub yazıb intihar edən qızla bağlı - Yeni xəbər

10 Fevral 2016 10:49 (UTC+04:00)

Fevralın 8-də Yasamal rayonu 2-ci Yasamal, bina 5-dəki evdə intihar edən 23 yaşlı Nigar Vahabovanın intiharı ilə bağlı saxlanılan yoxdur. Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, intihar faktı ilə bağlı kimsə məsuliyyətə cəlb edilməyib.

Bildirilib ki, N.Vahabova intihar etdikdən dərhal sonra hadisə yerinə ilk olaraq onun rəfiqəsi və sevgilisi kimi təqdim edilən Bəhram (ad şərtidir) gəlib. Daha sonra bu barədə polisə xəbər verilib.

Lent.az