Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçdı

10 Fevral 2016 11:22 (UTC+04:00)

Yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Cəmilə Ələsgərovanı vuran sürücü isə hadisə yerindən qaçıb. Sürücünün tapılması istiqamətində axtarışlar aparılır.

Anar Qasımov həkim – "İkinci bel fəqərəsinin sınığı diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Söyləməsinə görə, xəstəni maşın vurub, xəsarət alıb. Xəstəyə ilkin yardım göstərilib, hal-hazırda stasionar müalicədədir".

Kəpəztv.az