6 saylı avtobusun hərəkət xətti dəyişdirildi

10 Fevral 2016 11:35 (UTC+04:00)

"Baku-bus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova AzNews.az-a bildirib ki, "Formula-1" yarışlarının keçirilməsinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar bu gündən Şeyx Şamil küçəsindən sola dönərkən - İstiqaliyyət küçəsi boyunca nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bununla əlaqədar, "Baku-bus"a məxsus 6 saylı avtobusun da hərəkəti məhdudlaşdırılıb və onun hərəkət xətti müvəqqəti dəyişdirilib. 6 saylı avtobus sabah səhər saat 8-dək Nəriman Nərimanovun heykəlinin önündən deyil, Şəhidlər Xiyabanı tərəfdən hərəkət edəcək.