Niyaz Niftiyevin kitabı multikulturalizm sərgisində - Foto

10 Fevral 2016 12:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədqiqatda ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısı öyrənilib. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gördüyü mühüm işlər diqqətə çatdırılıb. Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısının alınması, ölkədə birgəyaşayış naminə həyata keçirilən milli siyasət, beynəlxalq Konvensiyalar və onların milli qanunvericilikdə təsbiti, beynəlxalq qurumların respublikada milli azlıqlarla bağlı siyasətə münasibəti, milli azlıqların hüquqlarının təmin edilməsində Ombudsmanın rolu, təhsil siyasəti, mədəni müxtəliflik, milli azlıqlar və media, dini etiqad azadlığının təmin edilməsi də araşdırmamızın başlıca istiqamətlərindən olub.

Qeyd edək ki, sərgi daimi olacaq, guşə kimi fəaliyyət göstərəcək. İl ərzində müxtəlif təşkilat və nəşriyyatlar tərəfindən bu səpkidə dərc edilən bütün materiallar guşədə toplanaraq nümayiş olunacaq və oxucuların istifadəsinə veriləcək.