Bir göl yer üzündən silindi

10 Fevral 2016 13:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Avropa Kosmik agentliyi məlumat yayıb.

"Gündəlik rejimdə Yerin üst səthinin monitorinqini həyata keçirən ЕКА Proba-V mini peyki Boliviyada böyüklüyünə görə ikinci yerdə olan gölün itməsini qeydə alıb. Poopo gölünün tamamilə buxarlanması təsdiq olunub", -deyə agentliyin məlumatında qeyd olunub.

Gölün tədricən itməsi peykdən 2014-cü ilin aprelində, 2015-ci ilin iyulunda və 2016-cı ilin yanvarında çəkilən şəkillərlə də sübut olunub.

Qeyd edək ki, gölün əvvəlki sahəsi 3 min kvadrat kilometr olub.

Aydan AXUNDOVA