Anar: “Qapım Murad Köhnəqalaya açıqdır”

10 Fevral 2016 13:19 (UTC+04:00)
Bu sözləri Kulisə açıqlamasında Anar deyib.

O daha sonra bildirib: "Bu çox yaxşıdır. Mən Allah deyiləm ki, bağışlayıb- bağışlamamaq səlahiyyətim olsun. Murad Köhnəqala istedadlı şairdir, mən o vaxt "Min beş yüz ilin Oğuz şeiri" antologiyasını hazırlayanda onun şeirlərini də salmışdım. Təəssüf ki, son illər yazdıqlarından xəbərim yoxdur."

Xatırladaq ki, Murad Köhnəqala AzNews.az-a müsahibəsində Anarla aralarında yaşananlara görə peşman olduğunu bildirmişdi.