Avtomobil daş hasara çırpıldı - Sürücü öldü

10 Fevral 2016 14:21 (UTC+04:00)

AzNews.az Daxili işlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 9-da saat 01 radələrində Balakən rayonunun Meşəşabul kəndində kənd sakini Elşən Taşrayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı daş hasara vurub və hadisə yerində ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.