Bakıda qadın tanışını bıçaqladı

10 Fevral 2016 15:49 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 9-da paytaxtın Sabunçu qəsəbəsində yaşayan Tamaşa Hüseynova evində münaqişə zəminində tanışı Vüsal Səmədova bıçaqla xəsarət yetirib.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Hüseynova tutulub.