Neftçala sakinində “İJ” və “Tula” markalı tüfənglər aşkarlandı

10 Fevral 2016 16:06 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyidağa Ələkbərovdan və qardaşı Əsədağadan "İJ" və "Tula" markalı tüfənglər götürülüb.