Bacı qardaşının evindən oğurluq etdi

10 Fevral 2016 16:21 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də şəhər sakini Cavid Musayevin evindən 4350 ABŞ dolları, 2650 manat və qızıl əşyalar oğurlayan bacısı Cəmilə və İsmayıllı rayon sakini Rasim Əsgərli tutulublar.