Dünya Bankı Azərbaycana 140 milyon dollar ayıracaq

10 Fevral 2016 17:16 (UTC+04:00)

Bunu bankın Bakı nümayəndəliyindən deyiblər.

Nümayəndəlikdən qeyd ediblər ki, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun 4 zolağadək genişləndirilməsi üçün DB-dən əlavə maliyyə almaq üçün rəsmi sorğu ilə müraciət edib.

Qərar cari maliyyə ilinin sonunadək (DB-nin maliyyə ili iyunun 30-da başa çatır - red.) qəbul ediləcək.

Trend.az